Müğənni Vidadi Bərdəlinin oğlu Tural Allahverdiyevin tanışının öldürməsi və həbs edilməsi haqqında xəbər yayılıb.
Aytac Vidadiqızının Teleqraf.com-a açıqlamasına görə, ifaçının Tural adlı qardaşı yoxdur: “Bu yalan xəbərdir. Mənim Tural adlı qardaşım yoxdur. Mənim atam dünyasını dəyişib. Onun ruhunu narahat etməyin. Belə xəbərlərin kimin çıxardığını bilmirəm. Kimsə bilərəkdən bu cür yalan xəbbər çıxardırsa haqqımı halal etmirəm. Başım sənətimə qarışıb. Və bu sakitliyimdən kimlərsə istifadə edib, haqqımda yalan və olmayan xəbərlər çıxarmaqla məşğuldurlar. Ayıb olsun!”.
Rəqsanə