17 Mart 2016 14:28
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Amaliya Pənahova həyat yoldaşı Yusif Muxtarovdan bəhs edib.

Aktrisa “Geriyə baxanda” verilişində onları çoxlarının ayırmaq istədiyini bildirib:

“Biz Yusiflə bir universiteti bitirmişdik. Evləndik və 45 il birlikdə olduq. Bədxahlar çox idi. Onun da, mənim də tərəfimdən aramızı vurmağa, bizi ayırmağa çalışanlar çox oldu. Gözəl, özəl görkəmi var idi. İndi elə kişilərə rast gələ bilmirəm. O, mənə həyatda dayaq idi. Məni bütün məişət qayğılarından azad etmişdi, istəyrdi səhnədə olum. Bu gün də onu böyük məhəbbət, hörmət hissi ilə xatırlayıram. Övladlarımıza gözəl tərbiyə verib. Mən evdə həmişə kişinin üstünlüyünə önəm vermişəm. Alçaldılmış kişi ilə eyni tavan altında qalmazdım. Səhnədə lider ola bilərəm, amma evdə xanım idim. Mən özüm həyat yoldaşımdan xahiş edirdim ki, mənlə qastrollara gedək. Onla sərbəst idim, təklikdə özümü itirirdim. Bu il Yusifin 75 yaşı olur. 70 yaşına çatmadı. O gedəndən, 6 ildir qaranlıq həyatdayam".//axşam.az


Müəllif:

Oxşar xəbərlər