Muzey Mərkəzində Bakı Milli Geyim Evinin “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi baş tutub.
Teleqraf.com xəbər verir ki, dəfilədə 20-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunub. Bütün geyimlər əl işidir.
Gecədə qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək təqdim ediblər. Balacaların dəfilədə iştirakı xüsusi ab-hava yaradıb.
Rəqsanə