Xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadazadəyə kömək lazımdır.
Bunu Teleqraf.com-a açıqlamasında aktyor Elşad Yusifov deyib: “Faiq Nuriyyə xanımın ölümündən sonra babasının himayəsində yaşayır. Amma darıxmasın deyə bizdə də olur. Faiqə yardım, dəstək lazımdır. Onu özüm İncəsənət Universitetinə hazırlaşdırıram. Maddi köməyə ehtiyacı olduğu üçün yalnız ingilis dilindən hazırlığa gedir. Onun da pulunu xalası verir. Babası pensiya ilə yaşayan insandır, ailəyə baxsın, yoxsa kommunal xərcləri ödəsin? Bu uşağa dövlətə tərəfindən dəsətək lazımdır. Nuriyyə xanımın vəfatından sonra heç bir xalq artistinin, efir adamının Faiqlə maraqlandığını görməmişəm. Bu qədər insafsızlığı onlardan gözləməzdim. Nuriyyə xanımın sağlığında hamısı onu yuxarı başda əyləşdirirdilər. Hazırda həyatda yoxdur deyə yada salan da yoxdur”.
N.Əhmədova 2015-ci il oktyabrın 10-da ürək tutmasından dünyasını dəyişib.
Rəqsanə