“Rəqabət apardığım aparıcı yoxdur”.
Bunu Teleqraf.com-a aparıcı Rövşanə Bektaşi deyib: “Bütün aparıcıların fəaliyyətini dəyərləndirirəm. Bu peşəni sevməyən insan burada bir ildən artıq fəaliyyət göstərə bilməz. Və düşünür ki, bu peşəyə gəlib qaz vurub qazan dolduracaq, elə də deyil. Gərək bu peşəni ancaq sevəsən və dəyərləndirəsən”.
R.Bektaşi rəqabət apardığı həmkarı olmadığını da deyib: “Hansısa aparıcı ilə rəqabət aparıram desəm yalan olar. Daim öz üzərimdə işləyirəm. Öz peşəmi sevdiyim üçün özünəməxsus aparıcı olmaq istəyirəm. Kiməsə bənzəyim, rəqabət aparım və s. düşünmürəm. Hər bir aparıcının da işini bəyənirəm. Küsülü olduğum həmkarım yoxdur. Bəlkə ətrafdan qalmaqallı jurnalist kimi görsənirəm, amma elə deyiləm. Heç bir həmkarım deyə bilməz ki, Rövşanə ilə küsülüyəm, danışmıram”.
Rəqsanə