Xanəndə İlahə İbadova məkanların birində özünə təmtəraqlı ad günü keçirib.
Ad günü təəssüratlarını Teleqraf.com-a bölüşən xanəndə yaş kompleksinin olmadığını deyib: "Bu gün çox həyəcanlıyam, bir az da gərginəm. Əslində ad günüm martın 22- də olacaq. Bu gün keçirməkdə məqsədim sənət adamlarını bir yerə toplamaqdır. Ad günü keçirməyi o qədər də sevmirəm. Fikirləşirəm ki, kənardan deyə bilərlər ki, hədiyyə yığmaq istəyir və s. Düzü, çoxdandır ki, doğum günü keçirmirdim. Hər zaman ailə üzvlərimlə sakit qeyd edirdik. Amma dostlarım bu dəfə təmtəraqlı keçirməyimi təkid etdilər.
Xüsusi hədiyyələr gözləyirəm. Əslində hədiyyənin böyüyü-kiçiyi olmur. Qadınlar daha çox zinət əşyaları sevirlər. Görək mənə nə hədiyyə edəcəklər? Hər yaşın öz gözəlliyi və sanbalı var. Azərbaycan xanımları hər yaşda xanım-xatın görsənirlər. Yaş kompleksim yoxdur".
Rəqsanə