Bu günə qədər dünya ulduzu Madonnadan tutmuş, Adriana Lima, ABŞ prezidentliyinə şanslı namizəd Donald Trampa qədər bir çox tanınmış şəxslərin cangüdəni olmuş türkiyəli Əhməd İşcən maraqlı xatirələrini bölüşüb.
Teleqraf.com “Hürriyyət”ə istinadən xəbər verir ki, Ə.İşcən qeyd edib ki, atası Oqtay İşcən 7 il Almaniyanın Bonn şəhərində səfir vəzifəsində çalışıb, diplomat övladı kimi uşaqlıqdan xarici ölkələrdə çox olub: “Atam Yuqoslaviya və Hindistanda da diplomat idi. O illərdə başımıza bəla olan ASALA terror təşkilatından biz də çox əziyyət çəkdik. Kiçik yaşlarından polislərlə daim təmasda olduq və və bu peşə sahiblərinə böyük hörmət bəsləməyə başladım”.
Ə.İşcən qorunan tərəfdən qoruyan tərəfə çevrildiyini deyib: “ABŞ-da təhsil aldığım dövrdə bir sıra seminarlarda iştirak etmişəm. Anladım ki, kiminsə təhlükəsizliyindən cavabdeh şəxssənsə bu, fədai məntiqindən daha çox texniki biliklərini də özündə əks etdirməlidir. Təhlükəsizliyini qoruduğun şəxsi hər cür təhlükədən qorumalı və təhlükə olarsa, həmin mühitdən dərhal uzaqlaşdırmalısan”.
Onun sözlərinə görə, hətta məşhurların yanında cangüdənlər telefonlarını belə əlinə götürmürlər: “”Görəsən, şəklimizi çəkirlər” deyə narahat olmasınlar deyə telefonumuza əl belə vurmuruq, bu kimi incə detallara riayət etmək lazımdır”.
O, Tarkanın cangüdən “qurbanı” olduğunu və fotolarının mediaya sızdığını xatırladıb.
Məşhur mühafizəçinin fikrincə, dünya ulduzları hansı ölkəyə gedirsə, yerli cangüdənin olması da mütləqdir.
Ə.İşcən Madonanı qoruyanda başlarına gələn maraqlı əhvalatı da bölüşüb: “Madonna namaz qılmaq üçün məscidə getmək istəyəndə tanınmasın deyə ona çadra geyindirdik. Lakin küçədəki fanatları Madonnanın sevgilisini tanıdığı üçün xəbər mediaya da yayıldı. Hər kəsin, xüsusilə də radikalların hədəfindəki ulduzun cümə günü namaza getmək istəməsi və məscidə girməsi həqiqətən də çox böyük risk tələb edirdi. Biz onu qorumaq üçün sözün əsl mənasında mühəndis ağlı ilə çalışdıq”.
“Əsla türk cangüdən istəmirəm” deyənlər olubmu sualına Ə.İşcən belə cavab verib: “Ancelina Colinin yanındakı mühafizəçilər onunla davamlı olaraq şəkil çəkdirmək istəyib və o da bundan çox narahat olub. Hataydakı düşərgələrə səfər edəndə “Mən cangüdənimi özüm gətirəcəm” deyə ismarıc göndərmişdi. Birləşmiş Millətlər Təşkilatının rəsmiləri və İngiltərə firması bizimlə əlaqə yaratdı və Ancelinanın 3 günlük mühafizəçisi olduq”.
“Kaprizsiz məşhurla çalışmısınız” sualını isə cangüdən belə cavablandırıb: “Bu məsələdə Adriana Lima möhtəşəmdir. Bakı səfərində onu 3 gün mühafizə etdik. Həyatım boyunca ən gözəl iş idi. O qədər rahat qadındır ki, onun xarakterini izah etməyə söz tapmıram”.
O, hazırda ABŞ prezidentliyinə namizəd Donald Trampın qızı İvanka ilə birgə İstanbul səfərindən də danışıb: “Bir tədbirə qatılmaq üçün avtomobillə yola çıxdıq. Avtomobildən enib gəmiyə minərkən İvankanın corabı süzüldü. Ona görə də avtomobilimizdə ehtiyat üçün corab saxlayırıq”.
Nərgiz