Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Maştağa qəsəbəsində naməlum sürücü idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məzahir Əkbərovu vurub.
Həmin şəxs piyadanı 3 saylı şəhər klinik xəstəxanasının həkimlərinə təhvil verub. M.Ələkbərov xəstəxanada ölüb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə hadisənin Bakı şəhər sakini Etibar Yaqubov tərəfindən törədilməsi müəyyən edilib.
Daha bir yol qəzası Yasamal rayonunda baş verib. Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən İmişli rayon sakini Dilarə Muradova vurulub. D.Muradovaya xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov