Türkiyədə "17 dekabr- rüşvət əməliyyatları" zamanı tutulub bir müddət həbs cəzası çəkən və azadlığa buraxılan iş adamı Rza Zərrab ABŞ-da həbs olunub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Zərrabla bağlı qərar Mayami məhkəməsi tərəfindən çıxarılıb.
Məlumatlara görə, o, bank saxtakarlığı və "çırkli pullar"dan istifadə maddələri ilə ittiham olunub. Prokurorluq Zərraba 75 il həbs istəyib. Məhkəmənin yaxın günlərdə qərar çıxaracağı gözlənilir.
Elvin