Əməkdar artist Elza Seyidcahan tac qalmaqalından danışıb.
Teleqraf.com xəbər verir ki, sənətçi "Hər şey daxil" verilişində hər zaman tacdan istifadə etdiyini deyib:
"Son günlər tac taxmaq qalmaqala səbəb oldu. Amma mən hər zaman tac taxmışam. Bəzi sənətlə məşğul olmayanlar, istedadsızlar, təsadüfən kimlərinsə vasitəsilə sənətə gələnlər gündəmdə qalmaq üçün kiməsə söz atırlar. Əlbəttə ki, elə sözlərə əhəmiyyət vermirik. Hər zaman böyük sənətkarlarımıza baxıb onlardan öyrənmişik".
Rəqsanə