Bu gün tanınmış teleaparıcı Lalə Azərtaşın ad günüdür.
Teleqraf.com xəbər verir ki, aparıcı “İnstagram”da foto paylaşaraq ad günü təəssüratlarını bölüşüb:
“Allahım, bu günümə sonsuz şükürlər olsun. Gecə saat 12-dən başlayan təbrik yağışı və bu gözəl güllər üçün təşəkkürlər. Siz sadəcə bu gün deyil, ilin 365 günü diqqətlisiniz! Hər birinizə sonsuz minnətdarlığımı bildirirəm. Özümə gəlincə isə Allahın xoşbəxt bəndələrindən sayır və bunun üçün Uca Yaradana sonsuz şükür edirəm. Mənim öz üçbucağım var, Allah can sağlığı içində o bucaqları balalarım başda olmaqla əskik etməsin inşallah”.
Rəqsanə