30 Mart 2016 12:56
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Kamran Həsənli həmkarı Samir Piriyevdən hüquq-mühafizə orqanlarına şikayət edib.


Müğənni Teleqraf.com-a bildirib ki, buna səbəb həmkarının onun səsli qeydini mətbuata təqdim etməsidir: “Məndən icazəsiz telefon danışığımı yaydığına görə ondan şikayət etmişəm. Bu qanunazidd hərəkətdir. Telefonumu ancaq Daxili İşlər Nazirliyi dinləyə bilər. Faktları istintaqa təqdim etməkdənsə, şou düzəldirlər. Məncə, ikimizin arasında olan bu söhbəti camaata bildirmək ayıbdır. Dediyim kimi məndən icazəsiz səsimi yazıb, şantajla məşğuldurlar. Şantaj edib, pul qazanmaq istəyirlər”.


Samir Piriyevin vəkili Ceyhun Yusifovun müğənninin bacısı Gülər Həsənlinin də bu məsələdə əli olduğunu qeyd etməsi Kamran Həsənlini özündən çıxardı: “Çox təəssüf ki, belə sözlər danışırlar. Samir Piriyev üçüncü dəfədir ki, vəkilini dəyişir. Bütün faktları istintaqa vermək lazımdır. Bu haqda daha geniş açıqlama yaxın gülərdə verəcəyik. Əlimizdə bir çox faktlar var. Əgər ictimaiyyətə mənim haqqımda nə isə yaymağa davam etsə, biz də faktlarımızı təqdim edəcəyik”.

Müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğuqda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər