Əməkdar artist Elza Seyidcahan “İnstagram”da yeni şeirini paylaşıb.
Teleqraf.com xəbər verir ki, şeir “Cənnət əhli” adlanır.
Şeiri təqdim edirik:
Ey Allahım, məni pislərdən etmə amandır.
Sənə qalmış hər ixtiyarım yamandır.
Səni sevdim, sən bilirsən.
Nə zamandır, nə zamandır,
Hər zamandır.
Mərhəmətli rəbbim,
Söylədiyin salam vardır.
Cənnət əhli olan yerdə,
Gözəl-gözəl kalam vardır.
Orada onlar üçün özəl arzu vardır.
Cənnət əhlinin arzusunda olanların,
Zövqü vardır.
Rəqsanə