Türkiyədə yaşayan əslən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə cəhbədə baş verən son olaylarla bağlı Azərbaycana dəstək olub.
Teleqraf.com xəbər verir ki, o, “İnstaqram” hesabında “Qəlbim səninlə, Azərbaycan” statuslu foto paylaşıb.
11 yaşından Türkiyədə yaşayan aktrisa film sektorunda böyük naliyyətlər əldə edib. Oynadığı rollarla uğur qazanan Nəsrin Cavadzadə kinoda ən çox mükafat qazanan aktrisalar siyahısında ön sıradadır.
Hazırda “Show” TV-də nümayiş olunan “Qış günəşi” adlı serialda həkim rolunu canlandırır.
Pərvin