8 Aprel 2016 12:33
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun qızı Liza Peskova Türkiyənin "Habertürk" saytına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Lizanın müsahibəsi qısa müddətdə Türkiyə mediasının gündəmini zəbt edib.

Ankarada törədilən terror aktı vaxtı İnstagram hesabında "Türkiyə xalqının yanındayam" fikrini paylaşan Liza Peskova bunları deyib: "Ankara partlayışı Parisdəki terror aktı ilə müqayisədə əks-səda doğurmadı. Sonra bu partlayışların fərqini axtardım və tapa bilmədim. Fikirlərimi İnstagramda paylaşdım və yüzlərlə təşəkkür aldım. Paylaşımımın bu qədər diqqət çəkəcəyini düşünmürdüm".

Parisdə yaşayıb və Sup de Luks Universitetində təhsil alan Peskova yaz tətlini Türkiyədə keçirmək istədiyini bildirib: "Tarkanın heyranıyam. Balaca olanda onun kliplərində çəkilmək istəyirdim. Türk dilini və Türkiyə tarixini bilirəm. Bu gün Türkiyə və Rusiya arasında münasibətlər gərgindir. Fikrimcə, bu iki ölkə bir ailə kimidir. Ailə üzvləri bir-biri ilə dalaşır, ancaq bir-birilərini sevirlər".

Elvin


Müəllif: