Əməkdar artist Nübar Novruzovanın anası xəstəxanaya yerləşdirilib.
Teleqraf.com-a açıqlama verən aktrisa anasının vəziyyətinin ağır olduğunu qeyd edib: “Aprelin 4-də anamın halı pisləşdi, onu həkimə gətirdik. Həkim bir neçə müayinədən keçməli olduğu dedi, ona sistem vuruldu. Elə ondan sonra anam insult keçirtdi, komaya düşdü.
İndi komadan ayılıb, reanimasiyadadır, amma nə danışa bilir, nə də hərəkət edir”.
Həyatında anasının önəmli yer tutduğunu deyən aktrisa göz yaşlarını saxlaya bilməyib, onu qınayanlara səslənib: “Çoxları deyir ki, anan yaşlı idi, belə hallar ola bilər. Bu cür fikirləşmək doğru deyil.
Xahiş edirəm ki, anam üçün dua edin”.
Nərmin