12 Aprel 2016 18:10
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq seriallara çəkilmirəm, amma güclü bir ssenari olarsa, çəkiləcəm”.

Bunu Teleqraf.com-a gənc aktrisa Pərvin Abıyeva deyib. O, “Gecə qonağı” filminin davamının çəkiləcəyini də qeyd edib: “Mayda “Gecə qonağı-2” filmi çəkiləcək. Orada tamaşaçılar məni tamamilə fərqli obrazda görəcəklər. “Gecə qonağı” filminin ilk 30 dəqiqəsi izlənildikdən sonra sosial şəbəkədə məni yıxıb sürüdülər, haqqımda nələr yazdılar. Amma filmi tam izlədikdən sonra müsbət rəylər yazmağa başladım. O filmə çəkiləndə nişanlı deyil, subay bir qız idim. Amma nişanlı olsam belə o insan buna normal baxır və bilir ki, mən aktrisayam. Təbii ki, kadr arxasında baş verənlər mənim həyatım deyil. O filmdəki obrazıma görə ailəm də pis reaksiya göstərmədi. Düzdür, filmə çəkiləndə qardaşım və anam dedi ki, səni yıxıb sürüyəcəklər. Dedim ki, bu mənim işimdir və olmalıdır. Aktrisayam və işimi hər zaman yaxşı görməliyəm. Obrazıma görə nifrət qazanmışamsa, deməli yaxşı oynamışam. Vəfa Zeynalova, Məleykə Əsədova öz işlərində sərhəd qoymurlar və bu da normaldır”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər