13 Aprel 2016 02:09
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 19-da Mayami səfəri zamanı həbs olunan cənubi azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabın təyyarəsində daha bir dünya ulduzunun olduğu üzə çıxıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkədə reklam müqaviləsi imzalamaqdan qayıdan tanınmış model Adriana Lima da həmin reyslə uçurmuş. Özü də, Adriana Rza ilə Ebrudan sonrakı oturacaqda əyləşibmiş. Təyyarədə isə Adriana Lima ilə birlikdə ümumilikdə 7 nəfər olub. Onlar Rza Zərrab, Ebru Gündeş, qızları və iki dayə, iki cangüdən olublar.


Xatırladaq ki, Rza Zərrab Amerikada hava limanına çatar-çatmaz polis tərəfindən tutulub.


Müəllif: