17 İyun 2014 11:05
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva Qurtuluş Günü ilə əlaqədar Daxili Qoşunların “N” saylı hərbi hissəsində çıxış edib.

Teleqraf.com xəbər verir ki, Daxili Qoşunların rəqs ansamblının solisti olan F.Fətəliyeva hər zaman təşkil olunan konsertlərdə məmnuniyyətlə iştirak etdiyini bildirib:

“Bu dəfəki konsertimiz də yüksək səviyyədə keçirildi. Çıxışım zamanı tərəf-müqabilim Etibar Məmmədov oldu. Çıxışımız alqışlarla qarşılandı. Əsgərlər qarşısında konsert vermək mənim üçün qürurlu bir işdir”.

F.Fətəliyeva onu da deyib ki, Azərbaycanın bölgələrində konsert verəcək.

Qeyd edək ki, Qurtuluş gününə həsr olunmuş konsertdə əməkdar artist Səlim Abbasov, müğənni Aslan Hüseynov və digər tanınmış müğənnilər çıxışı edib.

Aytən Həsənova


Müəllif: