15 Aprel 2016 17:49
675

Bu gün mətbuatda Xoşqədəm Hidayatqızının ana olduqdan sonra ATV kanalına qayıdacağı haqqında məlumat yayılıb.

ATV-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Teleqraf.com bildirib ki, Xoşqədəm Hidayatqızının kanala qayıtmasından xəbəri yoxdur: “Bu barədə məlumatım yoxdur, xəbərsizəm”.

Teleaparıcı ATV-də “Səni axtarıram” verilişinin aparıcısı olub.

Qeyd edək ki, Ölkə.az saytında Xoşqədəm Hidayətqızının ATV-yə qayıdacağı haqda xəbərlər yayılıb.

Rəqsanə


Müəllif: