15 Aprel 2016 18:39
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğam ifaçısı Gülay Zeynallı sənəti haqqında danışıb.

O, Teleqraf.com-a bildirib ki, ailə həyatı qurduqdan sonra da sənəti arxa plana keçməyib: “Həyat yoldaşım Kamil mənə çox dəstək olur. Buna görə də ailə qurduqdan sonra da dayanmadan öz üzərimdə çalışıram. Hər şeyin təməlini necə qoyursan, sonuna qədər də elə davam edir. Məndə musiqinin təməli var, musiqi təhsili, ustadlar görmüşəm. Ona görə sənətim loru dildə desək, laxlamır. İnşallah, sonuna qədər belə olar. Eləcə də heç vaxt düşünmürəm ki, filan mahnını ifa etdim və populyarlıq qazandım, bir az fasilə verim. Hazırda beş musiqi üzərində işləyirik. Mahnılar bir həftəyə hazır olacaq və dinləyicilərimizə təqdim edəcəyik”.

Muğam ifaçısı sənəti ilə yanaşı qızına da vaxt ayırdığını vurğulayıb: “Qızım saat 6-ya qədər uşaq bağçasında olur. Tədbirlərə dəvət ediləndə seçib gedirəm. Çünki ailəli insanam. Qızım əksər vaxtlar mənim və nənəsinin yanında olur”.

Rəqsanə


Müəllif: