17 İyun 2014 12:06
6 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya Ayxan Mərdəkandakı bağ evini nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, ailəsi ilə şəhərin mərkəzindən kənarda yaşayan Röya, ATV telekanalının “10Lar” verilişini evində qonaq edib.

İyunun 14-də doğum günü olan müğənni özəl gününü qeyd etməyi elə də sevmədiyini deyib:

“Adam var, doğum gününü səbirsizliklə gözləyir. Hətta günləri sayır. Mən yaşlanmağı sevirəm. Yaşımı gizlətmirəm. 33 yaşıma qədəm qoyuram. Məncə, qadının yaşının üstünə yaş gələndə o, daha maraqlı, cazibədar olur. Onunla daha çox maraqlanırlar”.

Müğənni bahalı deyil, fərqli hədiyyələr almağı sevdiyini bildirib:

“Məni şoka salacaq hədiyyələri sevirəm. Demirəm ki, mənə ada və ya gəmi hədiyyə etsinlər. Amma kimsə mənə palma ağacı hədiyyə etsə, buna sevinərəm”.

Beləliklə, buyurub, Röyanın Mərdəkandakı bağ evinə baxa bilərsiniz.

Aytən Həsənova


Müəllif: