16 Aprel 2016 01:55
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Gülüstan Əliyeva cəbhə bölgəsində konsert verən sənət adamlarına qarşı çıxıb.

O, Teleqraf.com-a bildirib ki, indiki vəziyyətdə cəbhə bölgəsində konsert verməyin əleyhinədir: “1994-cü ildən bu günə Murovdan Horadizə qədər müğənni kimi bütün cəbhə bölgələrində konsert vermişəm. Bütün bayramlarda da əsgərlərimizlə görüşə gedirəm. Bu gün ordumuz düşmən tapdağında olan yüksək zirvələri ələ keçirib. Amma o yolda bir çox vətən oğullarımız şəhid olub. Əsgər yoldaşını itirən əsgər konsertdə necə sevinə bilər? Ona görə də hazırda konsertlərin yeri yoxdur ".

Rəqsanə


Müəllif: