Müğənnilərin cəbhə bölgəsində konsert verməsi bəzi sənətçilər tərəfindən tənqid edilib.
Buna münasibət bildirən müğənni Günay İbrahimli Teleqraf.com-a bildirib ki, konsert valideynlər üçün təsəlli deyil: “Həmkarlarımın cəbhə bölgəsində konsert verməsinə hər insan fərqli istiqamətdən baxır. Şəhidlərimizin hamısı yaraşıqlı oğlanlardır. Allah şəhidlərin valideynlərinə səbr versin. Bölgələrdə konsert vermək heç bir ananı ovutmur. İstərdim ki, Qarabağımız tam düşməndən azad edilsin və gedək o zaman konsert verək. Bilirəm ki, tez bir zamanda da Qarabağımız azad olunacaq. Və qələbəni qeyd edəcəyik”.
Qeyd edək ki, Mətanət İsgəndərli, Gülüstan Əliyeva müğənnilərin cəbhə bölgəsində konsert verməsini tənqid edib və onları özlərini reklam etməkdə günahlandırıblar.
Rəqsanə