Gənc müğənni Çingiz Mustafayev uşaqkən itirdiyi atasını yadına salıb kövrəldi.
Teleqraf.com xəbər verir ki, müğənni "Atv maqazin" verilişində vaxtilə yaşadığı çətinliklərdən danışıb:
"Atasız yaşamaq çətindir. Atamı tez itirdiyimə görə çətin günlərim çox olub. Həyatda özümü yarımçıq hiss etmişəm. Şəxsən mən övladımın özüm kimi uşaqlığının keçməsini istəmərəm. Uşaq vaxtı kimsə səni, yaxud da sən kimsəni döyəndə digər uşaqların valideynləri gəlib sənin qulağını bururdu. Sən isə heç nə deyə bilmirdin. Təkbaşına saatlarla düşünürdüm ki, həyat niyə belədir? Çox vaxt deyirlər ki, çətinliklər insanı bərkidir, güclü edir. Amma mən bu fikirlə razı deyiləm. Çünki çətinliklər, uşaqlıq travmaları böyüyəndə biruzə verir. Təhsil almağıma imkanımız olmayıb. Amma indi təhsil almaq üçün xaricə getmək istəyirəm. Arzularım çoxdur".
Rəqsanə