17 İyun 2014 13:02
762

Bu gün “No Smoking Film Festivalı”nın final gecəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, “Park Cinema”da keçiriləcək gecədə gənclərin siqaret əleyhinə çəkdiyi videolar nümayiş olunacaq.

Filmlərin arasında qalibləri peşəkarlardan ibarət münsiflər heyəti təyin edəcək. Qaliblər yaradıcı qrup tərəfindən pul mükafatı, diplomlar və s. ilə təltif olunacaqlar.

Reklam siması Xalq artisti Brilliant Dadaşova olan layihənin final gecəsinə tütün əleyhinə kampaniyaya dəstək məqsədi ilə ukraynalı tanınmış müğənni Andrey Yurets qoşulub. Müğənninin gecənin sonunda musiqili çıxışları gözlənilir.

Qeyd edək ki, Andrey azərbaycanlı dinləyicilərə ifa etdiyi “Səndən nigaranam” mahnısının ingilis dilindəki versiyası ilə tanışdır. Müğənninin bu ifası yerli radio və televiziyalarda səslənməklə yanaşı, bir çox ölkələrin musiqi hit-paradlarında birinci olub.

Tədbir “Addım” Gənclər Təşkilatının Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Aytən Həsənova


Müəllif: