18 Aprel 2016 14:53
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Space kanalı heç kəsə qadağa qoymur”.

Bu sözləri “Teleqraf.com-a “Hər səhər” verilişinin redaktoru Nüşabə Hüseynli deyib: “Abbas Bağırov dəfələrlə bizim efirin qonağı olub, böyük hörmətimiz var. Mahnılarını da sevirik, pərəstiş edirik. Ancaq o, bu gün efirə 45 dəqiqə gecikib. Sənətçi canlı efirə 45 dəqiqə gecikə bilməz, bu, hörmətsizlikdir. Müğənni intizamsızlığına görə, efirə buraxılmayıb. İnşallah, gələcək efirlərdə Abbas Bağırov deyildiyi saatda gələr, onda da verilişin qonağı olar”.

Abbas Bağırov isə saytımıza açıqlamasında kanalın açıqlamasını təkzib etdi: “10 dəqiqə gecikmişdim və 15 dəqiqə də qapıda nəzarətçilərlə danışmışam. Qızdırmanın içində xəstə-xəstə verilişə gəlməyim bəs deyil, onlar məni kanala buraxmırlar. Orada nə qədər ki, savadsız, lazımsız işçilər işləyir, o kanala bir daha çıxmayacam. Əslində, kanalada dostlarım - Mikayıl Güləddinoğlu, Əkbər Əlizadə işləyir və onlar peşəkar aparıcılardır. Dünən işə başlayan adamın qapıdan keçirməməsi mənə pis təsir etdi və bir daha onları bağışlamaram.

Veriliş saat yarım yayımlanmalı idi. Mən 10 dəqiqə gecikməklə problem etdilər. Mənə rəhbərlikdən zəng ediblər ki, belə bir şey yoxdur. Amma rəhbərliyin xəbəri olmaya-olmaya orada işləyən savadsız işçilər özbaşınalıq edirlər”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər