19 Aprel 2016 13:02
592

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Sabir Məmmədov sosial şəbəkədə maraqlı foto paylaşıb.

Teleqraf.com xəbər verir ki, hazırda Türkiyədə olan aktyor “Yaprak dökümü” serialında yaratdığı Fikrət rolu ilə məşhurlaşan Bennu Yıldırımlarla foto çəkdirib.

Akademik Milli Dram Teatrı Türkiyədə keçirilən 5-ci Beynəlxalq Teatr Festivalında iştirak edir. Teatr festivalda xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediyası ilə təmsil olunur.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdandır.

Nərmin


Müəllif: