19 Aprel 2016 16:35
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, “Zaman adlı qatar” mahnısının sözləri və musiqisi İnarə Rəsula aiddir. Ekran işinin rejissoru Kənan Musayevdir.

Qeyd edək ki, “Zaman adlı qatar” film üçün yazılıb. Filmdə baş rol ifaçısının oxuduğu bütün mahnıları Natavan Həbibi səsləndirib.

Xatırladaq ki, ekran işində xalq artisti Həmidə Ömərova, əməkdar artist Suğra Bağırzadə, rəqqasə Oksana Rəsulova, Könül Nağıyeva, Ayaz Salayev, Şəhriyar Əbilov və başqaları rol alıblar.

Rəqsanə


Müəllif: