Türkiyədə yaşayan müğənni İradə İbrahimova Bakıya gəlib.
Bu haqda Teleqraf.com-a ifaçının mətbuat katibi xəbər verib.
“Bakıya iki günlük gəlib. Burada toy məclisində iştirak edəcək. Eləcə də “Neyləyək alınmadı” mahnısını Vaqif Gərayzadənin iştirakı ilə yenidən ifa edəcək. Televiziyalara çıxmağa vaxtı yoxdur. İradə xanım deyir ki, şəhidlərimizə görə mahnı oxumaq əhval-ruhiyyəsində deyil. Ona görə də efirə çıxmaq istəmir. Növbəti dəfə mayda gələcək və o zaman efirlərə çıxacaq”.
İ.İbrahimova Ceyhun İzər adlı türkiyəli iş adamı ilə ailəlidir.
Rəqsanə