Əməkdar artist Vəfa Zeynalova həkimə müraciət edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb aktrisanın dərisinə qulluq, çəkisinə nəzarət etmək istəməsidir.
“İnstaqram” hesabında bu barədə məlumat verən aktrisa etiraf edib ki, indiyə qədər kosmetik vasitələrdən istifadə etməyib: “Etiraf edirəm ki, heç vaxt kosmetik vasitələrdən istifadə etməmişəm, dəriyə qulluq prosedurlarından uzaq qaçmışam.
Çəkimə nəzarət etmirdim, çünki heç vaxt artıq çəkidən əziyyət çəkmirdim. Amma son vaxtlar tez-tez kökəldiyim haqda sözlər eşidirəm. Düzünü deyim ki, bu, heç də yaxşı hal deyil. Ona görə qərara gəldim ki, artıq peşəkarlara müraciət etmək vaxtı çatıb”.
Dostlarının məsləhəti ilə həkimə müraciət edən aktrisa gəncləşəcəyinə inanır: “Həkimim söz verib ki, onun möcüzə-məlhəmləri, son texnologiyanın tətbiqi ilə dəriyə qulluq, sehirli pəhriz məni 20 yaşıma qaytaracaq. Gözləyirəm”
Pərvin