22 Aprel 2016 23:25
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sənət dünyasının tanınmış aktyoru Attilla Özdemiroğlunun dəfni zamanı aktyor Cem Yılmazın gülməsi müzakirələrə yol açıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Attilla Özdemiroğlunun vida mərasimində Cem Yılmaz, Halit Kıvanç, Müjdat Gezen, Kerem Görsev, Bilgen Bengü, Suat Suna, Özdemir Erdoğan, Teoman, İpek Açar, Zülfü Livaneli, Mehtap Ar və Nil Burak və başqaları iştirak ediblər.

“Levent Camisi'ndəki vida mərasimi zamanı aktyor C.Yılmazın musiqiçi Z.Livanelinin qoluna girərək gülməsi bir mənalı qarşılanmayıb.

Cem Yılmaz dəfn mərasimlərindəki qeyri-səmimiliyi tənqid edib:

"Əgər ölən komediya aktyorudursa, ardından da bu sözlər deyilir: Bu dəfə güldürmədi".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər