22 Aprel 2016 22:32
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın gənc modellerindən olan Lisa Di Grisolo qatar qəzası zamanı həyatını itirib.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, model dünən səhər saatlarında Milandakı stansiyada relslərin üzərindən keçən zaman ekspres qatarının altında qalıb.

Polis modelin yüksək səslə musiqi dinlədiyi üçün qatarın gəlməsindən xəbərsiz olduğunu iddia edir. Sürətli qatarın sürücüsü rels üzərindən keçən qadını görsə də, heç nə edə bilməyib.

Rəqsanə


Müəllif: