Yaxın günlərdə keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə evlənən müğənni Elçin Cəfərov Aydanla tanış olmasından danışıb.
Teleqraf.com xəbər verir ki, sənətçi "ATV maqazin onlarla” verilişində həyat yoldaşı Aydanla Türkiyədə tanış olduğunu deyib: “İstanbulda önəmli tədbirdə çıxışım var idi. Aydan da o tədbirdə iştirak edirdi. Bir-birimizi ilk dəfə o tədbirdə gördük, tanış olduq.
Həmin an evlənəcəyimizə qərar vermişdik, amma bunu beynimizdə də təkmilləşdirməyimiz lazım idi. Hər şeyə sevgi ilə yanaşıram. Sevib seçdiyin insana da sevgi ilə yanaşmaq lazımdır. Çünki onunla bir ömür boyu birlikdə yaşayacaqsan”.
Rəqsanə