5 May 2016 15:20
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Əli Mirəliyevi məhkəməyə verəcək. Buna səbəb Əli Mirəliyevin Orxan Nadirovu anasını öldürməkdə ittiham etməsidir.

Əli Mirəliyev Teleqraf.com-a bildirb ki, Orxan Nadirovun özünün işləri məhkəmədədir: “Vüqar və Orxan, həbsxanada yatmalısınız! Vüqar və Mehriban Hüseynova artıq həbsxanadadırlar. İşlərin başında Orxan dayanıb. Orxan o işlərə görə mənə yox, məhkəməyə cavab verəcək. Mən nə iş görmüşəm ki, məni məhkəməyə verir? Camaata pul atmışam? İlhaməni öldürən də odur. Oğru elə çığırdı ki, dorğunun bağrı yarıldı. Hansı əsasla məni məhkəməyə verə bilər? Neyləmişəm? Sən İlhamənin oğlu deyilsən. Onu mənim qızım saxlayıb, sən saxlamamısan? Orxanın işlərinə, tutduğu əməllərə görə İlhamənin ürəyi partladı. Bütün xalqa pul atıb. Getsin, onlara cavab versin. İlhamənin ölümündə müqəssir Orxandır. İlhamə xanım kimi müğəni yaşamalı idi. Onu səs yazısı ilə şantaj edirdi. Sənin anan İhamə deyil. Sən İlhamənin sürücüsü olmusan. İlhamə şou xətrinə deyib ki, Orxan mənim oğlumdur”.

Aynurə


Müəllif:

Oxşar xəbərlər