6 May 2016 08:35
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mətbuatında müğənni Bülend Ersoyun neçə dəfə nigah masasına əyləşməsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, Bülend Ersoy iki dəfə nigah masasına əyləşib. O, 1998-ci ildə Cəm Adlarla evlənib və bir il sonra cütlük yollarını ayırıb. Ersoy daha sonra 2007-ci ildə münsif heyəti olduğu müsabiqədə Ərməğan Uzunla sevgili olub və bir illik münasibətlərindən sonra nigah masasına əyləşiblər. Bu evlilik də bir ildən artıq davam etməyib.

Şou yazarı Saleh Keçəçi Bülend Ersoyun 4 dəfə evlənməsi haqqında yayılan şayiələrə cavab verib: “Bülend Birol Gürkanlı və Hakan Alkoçla sevgili olub, amma evlənməyib. O yalnız Cem Adler ve Armağan Uzunla nikah masasına əyləşib”.

Tanınmış müğənni hazırda Berk Yılmazla sevgildir.

Rəqsanə


Müəllif: