“Qayıdış” filminin yaxşı qarşılanacağını bilirdim. Filmdə bir neçə səhnə var ki, ona dəfələrlə baxsam da, yenə tüklərim biz-biz olur. Günəş xanım filmin finalındakı səhnədə o qədər gözəl oynayıb, ona deyirəm ki, bu filmdən sonra məni saymasan da, buna haqqın var”.
Bu sözləri Teleqraf.com-a rejissor Kənan M.M deyib. Rejissor adını çəkmədiyi bir xanıma da ismarış göndərib: “Bir xanım filmimizi tənqid etdi. Onun varlığı və yoxluğu mənim üçün sıfıra bərabərdir. Tanımadığım, hörmət etmədiyim insanlardan incimirəm. Mən o xanıma dəvətnamə verməmişdim. Filmi ayaqüstə izləyib, layiq olduğu yerdə. Onun bəyənmədiyi filmi Türkiyə alıb”.
Rejissor təqdimatlara həyat yoldaşı Aygün Mahmudova ilə qatılmamasının da səbəbini açıqlayıb: “Şəxsi həyatla bağlı sualları cavablandırmıram. Amma üç uşaq anası olanlar onu yaxşı başa düşərlər”.
Rəqsanə