18 İyun 2014 20:19
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fatimə Fətəliyevanın “Toyota” markalı avtomobilinə basqın edənlər hələ də azadlıqdadır.

Rəqqasə Teleqraf.com saytına açıqlamasında bildirib ki, məsələyə hüquq-mühafizə orqanları müdaxilə ediblər. Amma hələ ki, oğru tapılmayıb.

“Polis əməkdaşları bu işlə ciddi maraqlanırlar. Amma hələ ki, ipucu yoxdur”.

Qeyd edək ki, F.Fətəlityevanın avtomobilinə nəməlum şəxslər Abdulla Şaiq küçəsində, “Qorodok” restoranının yanında basqın ediblər.

Onlar rəqqasənin avtomobilinin yan şüşəsini qıraraq, içərisində bank, maaş kartları və 2 yüz manata yaxın pul olan çantanı oğurlayıblar.

Aytən Həsənova


Müəllif: