Oxşar xəbərlər
Bu gün Stokholmda “Qloben Arena”da “Eurovision 2016” müsabiqəsinin ilk yarımfinal mərhələsi olacaq.
Teleqraf.com xəbər verir ki, 18 ölkənin təmsilçisi səhnəyə çıxacaq. Yarımfinalda Azərbaycan təmsilçisi Səmra Rəhimli də "Miracle" mahnısı ilə 14-cü sırada oxuyacaq.
Qeyd edək ki, ilk yarımfinalda Azərbaycan, Rusiya, Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta təmsilçiləri çıxış edəcəklər.
Bildirək ki, “Eurovison 2016” müsabiqəsinin ilk yarımfınalı bu axşam saat 23:00-də İTV-də canlı yayımlanacaq.
Rəqsanə