Oskar mükafatının qalibi, aktrisa və rejissor Ancelina Coli Kambocada 12 uşaqlı ailəyə yardım əlini uzadıb.
Teleqraf.com "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, "First They Killed my Father (Öncə atamı öldürdülər) filmi üçün ötən il ailəsilə birlikdə Kambocaya gedən Coli Siem Reap şəhərində uçuq daxmada yaşayan ailənin övladlarının təhsil xərclərini üzərinə götürüb.
Bred Pit və Colinin birgə səyi nəticəsində 18 yaşı tamam olmuş uşaqlar Nyu York Universitetində təhsil alırlar. Digər uşaqlar isə orta məktəbdə təhsillərini davam etdirirlər.
Rəqsanə