Yeni evlənən Tarkan və Pınar Dilek Almaniyada baş tutan toylarından bir həftə sonra Türkiyəyə qayıdıblar.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanında görünən müğənni ilə həyat yoldaşı oradan əl-ələ çıxıblar.
Yeni çıxaracağı albomu üçün bal ayına getmədiklərini dilə gətirən megastar, bunu yaxın aylarda gerçəkləşdirəcəklərini qeyd edib. Toyu haqqında verilən digər sualları cavabsız qoyan Tarkan, "gec oldu" ifadəsini işlədərək, xanımı ilə onları gözləyən avtomobillə hava limanından uzaqlaşıb.