Prodüser Təranə Səmədova meyxanaçı Pərviz Bülbülə ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, prodüser sosial şəbəkədə Pərviz Bülbülə ilə foto paylaşaraq “Çoxu elə bilir ki, biz indiyə qədər Pərvizlə düşmənik. Bu da sübut ki, mehribançılıqdır. Özü də zamanında nəyin düz, nəyin səhv olduğunu çox gözəl dərk edir. Allah səni ailənin və sevənlərin üçün əskik etməsin ay Pərviz Bülbülə!” şərhini yazıb.
Qeyd edək ki, yaxın günlərdə Təranə Səmədova sükan arxasında sərxoş saxlanılan zaman hadisə yerinə Pərviz Bülbülə də gəlib. Təranə Səmədova onun avtomobilinə əyləşmək istəsə də polislər ona mane olublar. Bu hadisədən sonra ikilinin küsülü olduğu deyilirdi.
Aylin