Əməkdar artistlər Röya Ayxan və Lalə Məmmədova arasında qalmaqal yaşanır.
Buna səbəb Lalə Məmmədovanın Röyaya "Hərdən ona deyirəm ki, tərzini dəyiş və başqa janrda da mahnı oxu!" deməsi olub. Röya isə cavabında "Müğənninin bir tərzi olmalıdır. Yalan danışır. Qorxularından bunu heç kim üzümə deyə bilməz, baltalayaram" deyib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxanın cavabı Lalə Məmmədovanı əsəbləşdirib: "Mən kiminsə yaradıcılığı haqqında fikir söyləyə bilərəm, məsləhət deyil(Təbii məsləhət istəsələr yalnız o zaman). Röya, müasir qızsan, baltalamaq nə deməkdir? Baltalamaq keçmişdə qaldı. İndi daha müasir üsul var, lazer şüası. Ağrısız və qansız bir dəfəlik kəsilib, atılır".
Rəqsanə