Prodüser Tarix(Tolik) Əliyevin başına iş gəlib.
Teleqraf.com xəbər verir ki, prodüser tanımadığı insan tərəfindən hədələnir:
“Məni tanıyan və tanımayan insanlara demək istəyirəm ki, bir şəxs “whatsapp” nömrəmə yazdı və hədələməyə, söyməyə başaldı. Mən də onu söydüm. İndi bu insan bahalı nömrələrin “whatsapp”ına söyüşlər yazır və onlar nömrə istəyəndə, mənim “Bakcell” nömrəmi verir. Xahiş edirəm ki, bu nömrədən kimsə adımdan nə isə yazsa, inanmayın. Dünən gecədən 5 insan mənə zəng edib deyir ki, bir nəfər söyüş söyüb, bizə bu nömrəni verir”.
Rəqsanə