18 May 2016 01:52
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Serdar Ortac şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, irlandiyalı model Kloe Louqhnan ilə evil olan Serdar Ortac ata olmaq istədiyini deyib: “Hazırda xanımım işləyir. Gələn il inşallah uşağımızın olmasını istəyirəm”.

Tanınmış müğənni Kloe ilə bir-birlərini qısqanmadıqlarını da bildirib. Bir zamanlar sərvətini qumarda uduzan Serdar Ortaç artıq qumar oynamadığını vurğulayıb: “Qumara ayıracaq vaxtım və pulum yoxdur”.

Rəqsanə


Müəllif: