17 May 2016 23:35
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision 2016”nın təşkilatçıları Change.org saytında müsabiqənin nəticələrinə yenidən baxılması ilə bağlı petisiya yerləşdirən əslən erməni olan Artur Ovannisyana cavab verib.

Bu barədə məlumat “Eurovision”nun rəsmi Facebook səhifəsində yerləşdirilib.

Təşkilatçılar qərara alıblar ki, Ukrayna müsabiqənin qalib olaraq qalacaq.

“Biz başa düşürük ki, “Eurovision 2016”nın nəticələri ilə razı olmayanlar var. Qeyd edək ki, qaliblər subyektiv və şəxsi fikir əsasında müəyyən edilir. Bu səbəbdən yarışmanın nəticələrindən ilə razı qalmayan insanlar həmişə olur”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, mayın 15-də Change.org saytında “Eurovision 2016” beynəlxalq mahnı müsabiqəsinin nəticələrinə yenidən baxılması ilə bağlı petisiya yerləşdirilib. Petisiyanın müəllifi kimi Yerevandan olan Artur Ovannisyan göstərilib.

Mayın 14-də İsveçin paytaxtı Stokholm şəhərində keçirilən 61-ci “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ukrayna olub. (oxu.az)


Müəllif:

Oxşar xəbərlər