19 İyun 2014 14:25
2 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Allah əsgərlərimizi qorusun. Onlar hər gün ermənilərlə üz-üzə qalırlar. Vətənimizin keşiyində dururlar”.

Bu sözləri Teleqraf.com saytına açıqlamasında Fatimə Fətəliyeva deyib. Rəqqasə bildirib ki, bu günlərdə Daxili Qoşunların Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib:

“Konsertdə mənimlə birgə tələbələrim də çıxışı edirdi. Tərtərə gəlmək, əsgərlərin qarşında çıxış etmək mənim üçün çox xoşdur. Çünki əsgərlərin qarşında çıxış etməyi hər zaman özümə borc bilmişəm”.

Xatırladaq ki, Tərtərdə Silahlı Qüvvələr günü münasibəti ilə təşkil olunan konsertdə F.Fətəliyeva ilə eyni səhnəni müğənnilər Aslan Hüseynov, Aynur İsgəndərli, Gülnar Qüdrətli və başqa ifaçılar da paylaşıb.

Aytən Həsənova


Müəllif: