19 İyun 2014 14:30
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hilton otel şəbəkələrinin varislərindən olan cazibədar Paris Hilton 300 min dollar qiymətində olan yeni "McLaren 650S" avtomobili alıb.


ANS PRESS-in məlumatın agörə, Hollivudun öndə gedən və seçilən sarışınlarından biri olan Paris artıq bir neçə gündür ki, Los-Ancelesin küçələrində yeni "oyuncağı" ilə kameralara görüntülənib. 33 yaşlı milyonçu xanım gözündən kənar buraxmadığı iti Piter Pen ilə Baverli Hillz avtosalonunda, daha sonra isə imarətinin qarşısında paparazzilərə tuş gəlib.



Qeyd edək ki, bir neçə gün öncə Paris Hilton Çində "Südlü bar" adlanan məkanda əylənərkən görüntülənmişdi. Hilton hər zaman olduğu kim bu dəfə də əyləncəsindən geri qalmayıb, xeyli spirtli içki qəbul edib daha sonra isə DJ pultunun qarşısına keçib məharətini göstərmək istəyib.
























Müəllif: