Əməkdar artist Röya Ayxan Hüseynqulu Sarabski adına Mədəniyyət Evində pərəstişkarları ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan fanatlarının suallarını cavablandıraraq, onlarla foto çəkdirib: "Fanatlarımı çox sevirəm. Onlar mənə bütün işlərimdə dəstək olurlar. Sevənlərimlə birlikdə olmaq mənə rahatdır. Artıq qohumlarımız arasında da fanatlarım var".
Röya Ayxan sevgiyə münasibətindən də danışıb: "Sevməyi, ayrılığı da gözəl yaşayıram. Adam 40 yaşına qədər sevir. O yaşdan sonra sevginin olmasını onda deyəcəm. Deyirlər ki, insan bir dəfə sevir, o fikirlə də razı deyiləm. Əslində mən çox güclü xanımam və ayaqlarımın üstündə durmağı bacarıram".
Yaxın günlərdə "Elektra Hall"da konsert verməyə hazırlaşan R.Ayxan ilk konsertindən də danışıb: "İlk konsetimi Milli Parkda vermək istəyirdim. Amma orada konsert verməyə icazə vermədilər. Bildirdilər ki,orada şəxsi konsert vermək olmaz. "Şəfa" stadionuna konsert vermək üçün müraciət etdik. O zaman aparatlar yandı və 100 min xərcə düşdüm. Amma konsertimizin nəticəsi gözəl oldu. Əgər hər hansı çətinlik yaşayırıqsa, nəticəsi yaxşı olur".
Müğənni filmə çəkilməsindən də danışıb: Yüksək qonorarlı film olarsa çəkilərəm".
Sənətçi məşhurlaşdıqdan sonra da ilk fəaliyyətə başladığı bəstəkarlarla iş birliyini davam etdirdiyini deyib: "Nailə Mirməmmədli, Faiq Sücəddinov ilə iş birliyimi davam etdirirəm".
Rəqsanə