41 yaşlı aktyor Leonardo DiKaprio ötən gün Kann Film Festivalı çərçivəsində təşkil olunan hərraca qoşulub.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, aktyor hərracda anası üçün 18 min dollarlıq "Chanel" markalı çanta və 5 min 650 dollarlıq ipək şal alıb.
Ötən il eyni tədbirdə 11 min 300 dollar xərcləyib, anası üçün çanta alan Holluvud aktyoru ənənəsini bu il də pozmayıb.